“Maksakova qanunvericiliyi pozub”backend

“Maksakova qanunvericiliyi pozub”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”Rambler Novosti\”yə istinadən bildirir ki, ER Baş katibi Serqey Neverov öz Facebook səhifəsində Rusiya Dövlət Duması \”Vahid Rusiya\” partiyasının keçmiş deputatı Mariya Maksakovanın özünün yalanları ilə və hələ uşaqlıqdan xarici vətəndaşlığı olduğunu gizlədib indi söyləməklə Rusiya Federasiyasının dövlət qanunlarını pozduğunu yazıb.
\”Maksakova yalançı olduğunu özü etiraf edib. Belə ki, hələ 2011-ci ildə ilk dəfə Dövlət Dumasına seçildiyi zaman öz bəlağətli nitqində bildirmişdi ki, Yeganə məqsədi vahid Rusiyaya xidmət göstərməkdir. Amma indi bizə məlum olur ki, onun həyatı başdan ayağa yalan imiş. Deyir ki, deputat seçilən zaman ikinci vətəndaşlığından imtina etmədiyi üçün özünü çox xöşbəxt hesab edir. Belə çıxır ki, utanmadan insanları aldatdığına sevinir\” deyə Neverov öz Facebook səhifəsində yazır.
Qeyd edək ki, Rusiya Dövlət Dumasının eks deputatı Denis Voronenkov öz həyat yoldaşı keçmiş deputat Mariya Maksakova ilə Ukraynaya qaçmış və Ukrayna vətəndaşlığını qəbul ediblər. \”Rambler. Novosti\” xəbər verilir ki, Denis Voronenkovun Ukrayna Baş Prokurorluğunda Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç barədə dövlətə xəyanət ittihamı ilə ifadə verdiyi bildirilir.

İnterpress.az