“Rusiyaya qarşı çox yumşaq davrandı”backend

“Rusiyaya qarşı çox yumşaq davrandı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, Tramp bu barədə düşüncələrini tvitterdə belə ifadə edib: “Krım Obama administrasiyası dövründə Rusiya tərəfindən ilhaq edilib. O, Rusiyaya qarşı həddindən artıq yumşaqmı davranıb?”

Qeyd edək ki, bundan öncə Ağ Evin mətbuat katibi Şon Spayser prezidentin Rusiyaya qarşı sərt mövqedə dayandığını, həmçinin Moskvadan Krımı Ukraynaya geri qaytarmasını və Ukraynada gərginliyin azaldılması ilə bağlı daha aktiv iştirakını gözlədiyini söyləyib: “Prezident əvvəlki administrasiyanın işğalına göz yumduğu Krımın məsələsini qaldırmaqda davam edəcək”.
Bundan sonra Rusiya Dövlət Dumasını sədri Vyaçeslav Volodin Ağ Evin mətbuat katibinin dediklərinin heç də həmişə prezidentin fikirlərini əks etdirmədiyini bildirərək, Trampın Krımla bağlı mövqeyinin onun öz dilindən eşitmək istədiklərini bəyan etmişdi.

İnterpress.az