İnterpress.az xəbər verir ki, Suriya ordusu ilə mülayim müxalif qruplaşmalar arasında silahlı münaqişə tamamən başa çatıb. Bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu məlumat verib.
Sergey Şoyqu Birləşmiş Millətlər Təşkilatının Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Steffan de Mistura ilə görüşüb. Görüşdə rusiyalı nazir bildirib ki, Suriyada hökumət ordusu ilə mülayim müxalif qruplar arasında silahlı münaqişə başa çatıb. Bu münaqişə tərəflərin və vasitəçilərin köməyi ilə başa çatıb\”.
İnterpress.az