Sevinc Babayevanın oğlu 15 illik həbs cəzasından narazıdırbackend

Sevinc Babayevanın oğlu 15 illik həbs cəzasından narazıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, 1989-cu il təvəllüdlü Ayxan Məmmədovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası fevralın 24-nə təyin edilib.
A.Məmədov Cinayət Məcəlləsinin 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunub.
O, qısqanclıq zəminində arvadına 16 bıçaq zərbəsi vurub.

Xatırladaq ki, A.Məmmədov ABU-nun sabiq rektoru Elşad Abdullayevin yaydığı videolarda keçmiş deputat Gülər Əhmədova ilə onun arasında vasitəçi kimi iştirak edən Sevinc Babayevanın oğludur.

Həmin zaman S.Babayeva \”İnterpol\” xətti ilə axtarışa verilib. O, axtarışda olduğu vaxt Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən hospitallardan birində ürək xəstəliyindən vəfat edib.

İnterpress.az