London aeroportunda terror həyəcanıbackend

London aeroportunda terror həyəcanı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, polisin keçirdiyi əməliyyat zamanı şübhəli bilinən bir kişini yaxalayıb. Şübhəli şəxs hava limanında terror aktı törətmək istəyirmiş.

Saxlanılan şübhəli polis məntəqəsinə aparılıb. Orada həmin şəxsin dindirildiyi bildirilib. Lakin polis hələlik hadisə ilə əlaqədar ətraflı məlumat verməyib.

Qeyd edək ki, son vaxtlar Londonda terror aktları törətməkdə şübhəli bilinən çox insan tutulur. Bu ilin yanvar ayında da oxşar hadisə qeydə alınmışdı.
Londan hava limanında 50 yaşlı bir kişi saxlanılmışdı. Onun yükü yoxlanılarkən partlayıcı maddə və gizli məlumatlar aşkarlanıb.
Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxs terror törətməyə hazırlaşırmış. Kişi Londondan Qahirəyə uçmaq istərkən yaxalanıb.

İnterpress.az