İnterpress.az-ın məlumatına görə, 1957-ci il təvəllüdlü Hacıyev Vilayət Səxavət oğlu don vurmuş vəziyyətdə Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi Əsəb Dispanserinə aparılıb. Daha sonra 3 saylı Şəhər Klinik Xəstəxanasında yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaq, onun həyatını xilas etmək mümkün olmayıb.
V.Hacıyevin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi Əsəb Dispanserdən \”Report\”a bildirilib ki, V.Hacıyev orada qeydiyyatda olsa da, daimi qalmayıb: \”Sadəcə xəstəxanaya tez-tez gəlib-gedirdi\”. (report)
İnterpress.az