“Yalan xəbərlər Rusiya ilə münasibətlərin düzəlməsinə mane olur”backend

“Yalan xəbərlər Rusiya ilə münasibətlərin düzəlməsinə mane olur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerika prezidenti Donald Tramp uydurulmuş məlumatların Rusiya ilə razılaşmaların əldə olunmasına \”maneçilik edib çətinlik\” yaratdığını deyib.
İnterpress.az \”Ria Novosti\”yə istinadən bildirir ki, Donald Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında \”Yalan və uydurma xəbərlər Rusiya ilə müsbət razılıqlar əldə olunmasına çox mane olur\” deyə söyləyib.
\”Rusiya ilə münasibıtlərin düzəlməsi çox gözəl olardı\” ifadəsini Amerika prezidentinin bir neçə dəfə təkrar söylədiyi bildirilir.
Onun keçmiş opponenti, Demokrat partiyasının lideri prezidentliyə namizəd Hillari Klintonu Rusiya ilə münasibətləri \”yenidən\” pozmağa çalışmaqda günahlandırdı. Rusiyaya qarşı bu cür \”düşüncəsiz\” münasibəti Tramp \”axmaq fikirlərin plastik düyməsi\” adlandırıb. Eyni zamanda Tramp onu da qeyd edib ki, \”O Rusiya üçün heç nə etməyə çalışmır\”.
Trampın prezident kampaniyası günündən başlayaraq media ilə münaqişələri hələdə səngimək bilmir. Bütün bunlara baxmayaraq cümə axşamı təşkil etdiyi mətbuat konfransında \”ən hörmətli insanlar sırasında yaxşı jurnalistlər də var\” deyərək qeyd edib. Prezidentin bu cür ifadələri media sırasında yer alan kütləvi tənqidlərə yol açıb və \”Məlumatlı mənbələrdən\” alınan məlumatlar əsasında \”ifşa\”əsaslı məlumatların mediada bir sıra nəşrlərin sürətlə artmasına səbəb olub.

İnterpress.az