Lotu Qulinin 26 yaşlı “sağ əli”polisə yaxalandı – VİDEObackend

Lotu Qulinin 26 yaşlı “sağ əli”polisə yaxalandı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, Cebhe.info xəbər verir ki, Ukrayna polisi Lotu Qulinin bu ölkədəki nümayəndələrindən birinin saxlandığı barədə xəbəri təsdiqləyib. Həmin şəxs əsasən Odessada fəaliyyət göstərib və ordaki tərkibi əsaəsn azərbaycanlılardan və gürcülərdən ibarət olan etnik kriminal qruplaşmalara nəzarət edib.

Ukrayna Milli Polisinin məlumatına görə, Lotu Qulinin 26 yaşlı nümayəndəsi bundan əvvəl də ölkə ərazisində saxlanılıb. Bu hadisə 2016-ci ilin noyabrında baş verib. Polis onun üzərinə baxış zamanı silah və narkotik maddə aşkarlayıb. Şəxsin barəsində cinayət işi açılıb, ancaq məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçməyib. Bundan sonra isə Lotu Qulinin gənc yaxınını tapmaq mümkün olmayıb və o, məhkəmədən yayınıb.

Bu dəfə isə polis onu idarə etdiyi maşınına görə müəyyən edib. Şəxs polisə ciddi müqavimət göstərsə də, onu nəhayət Odessadakı saxlanma təcridxanasına aparıblar. Hələlik şəxsin adı açıqlanmır.

İnterpress.azhttps://youtube.com/watch?v=8M5dSQrP3eU