APA-nın “news.am”a istinadən verdiyi məlumata görə, bu sözləri Ermənistanın keçmiş müdafiə naziri, “Ohanyan-Raffi-Oskanyan” blokunun liderlərindən olan Seyran Ohanyan deyib.
O bildirib ki, Ermənistan prezidenti ilə heç bir problemi yoxdur: “Sadəcə, bizim idarəçiliklə bağlı fərqli görüşlərimiz var”.
O bildirib ki, təmsil etdiyi bloka qarşı hakimiyyət tərəfindən informasiya kampaniyası aparılır. Keçmiş nazir bu kampaniyaya müxtəlif xadimlərin, KİV-in, hətta partiya və blokların da cəlb olunduğunu bildirib.
İnterpress.az