Əfqanıstanda terror — 80 nəfər həlak oldubackend

Əfqanıstanda terror — 80 nəfər həlak oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Pakistanın Sehvan-Şərif şəhərində baş verən partlayış nəticəsinə 80 nəfər həlak olub.

Hadisə Sind əyalətinin Sehvan-Şərif şəhərində baş verib. Terrorçular sufi filosof və şair Lalə Şahbaz Qələndərin türbəsində partlayış törədiblər. Bir müddət əvvəl 74 nəfərin həlak olduğu bildirilmişdi. Verilən son xəbərlərə görə, dəhşətli partlayış nəticəsində 80 nəfər həlak olub, 300 nəfər isə yaralanıb.

Hücuma görə İŞİD terror qruplaşması məsuliyyəti öz boynuna götürüb. Terrorçular partlayış üçün türbədə sufilərin dini ayin keçirdikləri vaxtı seçiblər.

İnterpress.az