“Səhlənkarlıq göstərənlər məsuliyyətə cəlb olunacaqlar”backend

“Səhlənkarlıq göstərənlər məsuliyyətə cəlb olunacaqlar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu gün günorta saatlarında musavat.com saytında “Ölkəni işıqlandıran Mingəçevirin uşaqları donur” başlıqlı yazı gedib.

Yazıda şəhərin 17 saylı “Fidan” bağçasının işıqsız qaldığı, 140-150 uşağın soyuqdan əziyyət çəkdiyi barədə xəbər verilib. Valideynlərin yaranan acınacaqlı vəziyyətdən sonra uşaqlarını bağçaya göndərmək istəmədikləri bildirilib.

Verilən son məlumata görə, artıq bu problem öz həllini tapıb.

Belə ki, Mingəçevirdən olan deputat, YAP funksioneri Aydın Mirzəzadə musavat.com-a müraciət edərək, bu barədə özü xəbər verib: “Bəzi saytlarda Mingəçevir şəhərindəki 17 saylı uşaq bağçasında bir neçə gün elektrik enerjisinin olmaması ilə bağlı məlumat yayıldı. Dərhal Mingəçevir Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladım. Məlum oldu ki, bəzi şəxslərin səhlənkarlığı nəticəsində uşaq bağçasının “smart kart”ına elektrik enerjisinin ödənilməsi üçün vaxtında pul köçürülməyib. Fakt aşkarlanan kimi vəsait dərhal köçürülüb. Elektrik enerjisinin verilməsi artıq bərpa olunub. Mənə bildirdilər ki, bu işdə səhlənkarlıq göstərənlər məsuliyyətə cəlb olunacaqlar. Mən həmin şəhərdənəm. Oranı çox yaxşı tanıyıram. Şəhərin bütün problemlərindən məlumatlıyam. Bunun baş verməsi mənə çox təəccüblü gəldi. Belə məsələlər daim diqqətdə saxlanılır. Xüsusilə də, uşaq bağçası kimi çox həssas bir yer diqqətdədir. Müəyyən şəxslərin səhlənkarlığı olub və onlar məlumdur. Onlar buna görə məsuliyyət daşıyacaqlar. Bundan sonra belə halların baş verməməsi üçün artıq müəyyən addımlar atılıb”.

İnterpress.az