“BakuBus” avtobuslarını bu hala qoyduq– FOTObackend

“BakuBus” avtobuslarını bu hala qoyduq– FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gündür ki, 21 saylı “BakuBus” avtobuslarında qarşılaşdığımız vəziyyət; oturacaqların arxa tərəfinin tozlu olmağı və avtobusun salonunun kirli olması diqqətimizi çəkirdi. Sadəcə, \”bəlkə havalar yağışlı və palçıqlıdır deyə bu haldadır\” deyə düşünmüşdük. Lakin hər səhər eyni vəziyyəti gördükdə \”BakuBus\” MMC-nin mətbuat xidməti Mənsur Piriyev ilə əlaqə saxladıq və vəziyyətlə bağlı fikirlərini öyrəndik.

"BakuBus" avtobuslarını bu hala qoyduq– FOTO

İnterpress.az saytına açıqlama verən M.Piriyev, avtobusların salonlarındakı natəmizliklə bağlı sərnişinləri günahlandırdı və hər gün avtobuslarda rastlaşdığı xoşagəlməz natəmızlik hallarından şikayət etdi. Məsələyə aydınlıq gətirmək üçün münasibət bildirən Piriyev qeyd etdi ki: Hər kəsə məlumdur ki, ictimai nəqliyyatda istifadə olunan avtobusların təhlükəsizliyi və rahatlığı təkcə avtobusların təzəliyi, texniki sazlığı və ya xarici görünüşü ilə ölçülmür. Eyni zamanda xidmətin daha kefiyyətli təşkil olunması üçün avtobusların təmizliyi, xüsusən də salonun, oturacaqların, əl tutacaqlarının təmiz saxlanılması vacib şərtlərdən hesab olunur. Nəzərə alsaq ki, bir avtobusdan gün ərzində yüzlərlə hətta minlərlə sərnişin istifadə edir və bunların içərisində çirkli əşyalarla avtobusa daxil olan sərnişinlərlə yanaşı müxtəlif xəstəliklərin daşıyıcısı olan sərnişinlərlə də var, o zaman avtobusların təmizliyinin əhəmiyyətini daha qabarıq şəkildə göz önündə canlandıra bilərik.

Elə buna görə də “BakuBus” avtobuslarında hər gün qrafik üzrə marşrut xəttindən qayıtdıqdan sonra mərhələli şəkildə xarici və daxili yuyulma işləri aparılır. Bununla yanaşı avtobusların təmizliyi və sərnişindaşıma fəaliyyəti zamanı salonun təmiz qalması həm də gün ərzində ondan istifadə edən minlərlə sərnişinin avtobusa daxil olarkən təmizliyə riayət etmələri ilə sıx şəkildə bağlıdır.
Lakin son vaxtlar xidməti başa vurub marşrut xəttindən qaraja qayıdan avtobusun salonuna diqqət yetirərkən heyrət və təəssüf hissi keçirməmək mümkün olmur. Gecə boyu xüsusi mütəxəssislər tərəfindən mərhələli şəkildə təmizlənib səhər xəttə buraxılan avtobusun salonunda gecə yarısı qayıdarkən nələr aşkar olunmur ? Müxtəlif növ məişət tullantıları: salfetkalar, siqaret kötükləri, kağız parçaları, meyvə və ərzaq qalıqları və s. Ən ürək ağrıdan məqam isə oturacaq və salonun digər hissələrinin məsuliyyətsiz sərnişinlər tərəfindən yazılması, cızılması və qalıcı xəsarətlərin yetirilməsidir.

Təbii ki, bununla bağlı araşdırmalar aparıb, kamera görüntülərindən istifadə edilərək bu cür hərəkətlərə yol verən sərnişinlərin kimliyi aşkar olunmuşdur. Məlumat üçün deyim ki, həmin sərnişinlər haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər həyata keçiriləcəkdir.

“BakuBus” olaraq sərnişinlərimizi avtobuslarımızın xidmətlərindən istifadə edərkən təmizlik qaydalarına riayət etməyə və digər sərnişin tərəfindən bu kimi hallara yol verildiyini müşahidə edən zaman dərhal “BakuBus”un *4242 qaynar xəttinə müraciət etmələrini xaiş edirik.
Unutmayaq ki, sərnişindaşıma xidmətinin kefiyyətli və rahat şəkildə təmin olunması daşıyıcı şirkətlə yanaşı həm də sərnişinlərdən asılıdır. İctimai nəqliyyatın təmiz saxlanılması doğma şəhərimizdə çoxdan arzuladığımız ictimai nəqliyyatın təhlükəsiz istismar olunmasına və ümumi marağa xidmət etdiyini söyləyən M.Piriyev vətəndaşlara onların rahatlığına xidmət göstərən avtobusları qoruyaraq səliqəli və məsuliyyətli davranmalarını tövsiyyə etdi.

"BakuBus" avtobuslarını bu hala qoyduq– FOTO

"BakuBus" avtobuslarını bu hala qoyduq– FOTO

"BakuBus" avtobuslarını bu hala qoyduq– FOTO

"BakuBus" avtobuslarını bu hala qoyduq– FOTO

"BakuBus" avtobuslarını bu hala qoyduq– FOTO

"BakuBus" avtobuslarını bu hala qoyduq– FOTO

"BakuBus" avtobuslarını bu hala qoyduq– FOTO

"BakuBus" avtobuslarını bu hala qoyduq– FOTO

"BakuBus" avtobuslarını bu hala qoyduq– FOTO

İnterpress.az