İnterpress.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu gün axşam saatlarında Qaradağ rayonunun Ələt qəsəbəsində Xəzər dənizinin sahilində naməlum kişi meyiti tapılıb.
Hazırda müvafiq dövlət komissiyası tərəfindən meyitin ötən ilin dekabr ayının 15-də güclü külək zamanı estakadanın dənizə uçması nəticəsində itkin düşmüş neftçilərdən birinə mənsub olması ehtimalı araşdırılmağa başlanılıb.
Meyit Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyi Yasamal şöbəsinə aparılıb.
İnterpress.az