Trampa qarşı etirazlar böyüyür – FOTObackend

Trampa qarşı etirazlar böyüyür – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerikada yaşayan minlərlə meksikalı Trampın ABŞ ilə Meksika arasında tikiləcək divara etiraz olaraq canlı hasar qurdular.

İnterperss.az xarici mətbuata istinadən xəbər verir ki, Donald Trampın qərarına etiraz edənlər Meksikanın Amerika ilə sərhəd olan Syudad-Xuares şəhər sakinləri sərhəd boyu iki ölkə arasında canlı divar səddi çəkib şüarlar səsləndiriblər. El-Punto şəhər mərkəzində də etirazlar qalxıb və ictimai xadimlər, siyasətçilər, hökumət adamları da etiraza qoşulublar.
Tədbirə Çiuyaya ştatının qubernatoru Havyer Koral başçılıq edib. Eyni zamanda ona digər ştarların qubernatorları da etiraza qoşulub. Bunlardan Armandonun senatoru Rios Piter, Syudad-Xuares şəhərinin meri Armando Kabada Amerika ilə sərhəd ştatlarından olan həmkarları, Texasın El-Paso meri Oskar Lizer də etiraz mitinqində iştirak ediblər.
Havyer Koral öz nitqində Meksika və Amerika Birləşmiş Ştatları xalqları arasında dostluğun böyük qiyməti olduğunu bildirib. Onun sözlərinə görə, əksər amerikalılar Trampın siyasətini dəstəkləmir. Çünki Trampın bu siyasəti \”Amerika cəmiyyətinin və ABŞ- qurucularının ruhuna, onların dostluq və birlik dəyərlərinə ziddir\” deyib.
\”İnsanlardan hörülmüş divar daş və sementlə qurulacaq divardan daha güclüdür\”-deyə Piter Rios da öz növbəsində bildirib.
Tramp yanvarın 25-də Meksika ilə sərhəddə divarların tikintisi üçün dövlət sərhədlərinin mühafizəsi haqqında yeni sərəncam imzalayıb. Prezidentin sözlərinə görə, yaxın gələcəkdə obyektin tikintisinə başlanacaq. Eyni zamanda Tramp onu da bildirib ki, divarın tikintisinə çəkilən xərcləri Meksika ödəməlidir. Amerikanın yeni prezidentinin bu planını böyük təhqir hesab edən Meksika rəhbərliyinin onun bu bəyanatından bərk qəzəbləndiyi bildirilir.

Trampa qarşı etirazlar böyüyür - FOTO

Trampa qarşı etirazlar böyüyür - FOTO

Trampa qarşı etirazlar böyüyür - FOTO

Trampa qarşı etirazlar böyüyür - FOTO

Trampa qarşı etirazlar böyüyür - FOTO

İnterpress.az