Keçmiş məhkum  7 minlik qızıl oğurladı – VİDEObackend

Keçmiş məhkum 7 minlik qızıl oğurladı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ARB TV xəbər verir ki, paytaxt sakini Vəzir Həsənov Binəqədi rayon polis idarəsinə ərizə ilə müraciət edərək, Biləcəri qəsəbəsində ona məxsus həyət evindən bir ədəd mobil telefon və 7 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat verib.

Polis əməkdaşları oğurluq edilən evə baxış keçiriblər. Oradan barmaq izləri götürülüb. Vəzir Həsənovun evini qarət etməkdə şübhəli bilinən şəxsin kimliyi müəyyənləşdirilib. O, əvvəllər eyni əmələ görə məhkum olunmuş Bakı sakini 33 yaşlı Amil Əhmədovdur.

Keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində Əhmədov saxlanılaraq istintaqa təqdim edilib. O, ilkin ifadəsində törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı Binəqədi rayon polis idarəsində cinayət işi üzrə araşdırmalar davam etdirilir.

İnterpress.azhttps://youtube.com/watch?v=GBl63__sTkI