Soyğunçu elə pul daşıyanın özü imişbackend

Soyğunçu elə pul daşıyanın özü imiş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”Ria Novosti\”yə istinadən bildirir ki, bir neçə gün öncə AşağıTaqıldə (Nijniy Taqil) soyğunçuluq baş verdiyi söylənilən hadisə elə pul daşıyan inkosatorun öz qurduğu yalan olduğu məlum olub. Belə ki, polisə naməlum şəxslərin yaxınlaşıb ona hücum edərək bir milyon rubl pulu qaçırdıqlarını söyləyən 1991-ci il təvəllüdlü inkosator-pul daşıyıcısı xəbər vermişdi.
\”Zor tətbiq etməklə oğurluq törədilməsi\” maddəsi ilə cinayət işi açılıb. Araşdırmalar zamanı pul daşıyanın yalan ifadələri üzə çıxır. Belə ki, naməlum təcavüzkarlar tərəfindən küt alətlə boynunun arxasından vurulub pulu qaçırdıqlarını iddia edən pul daşıyan şəxsdə heç bir zərbə və qançır izi tapılmayıb. Tezliklə o etiraf edir ki, pulu dostu ilə özü götürüb və bu saxta yalanı uydurub. Bu cinayəti törətməyə aldığı cüzi maaşla dolana bilmədiyini əsas gətirərək məcbur olduğunu söyləyib və bir milyonu əldə etmək üçün dostunu da bu işə cəlb edib. Hal-hazırda hadisə ilə əlaqədar cinayət işinin başladıldığı bildirirlir.

İnterpress.az