İsrailin Baş naziri Sinqapurlu həmkarı ilə görüşdü – FOTObackend

İsrailin Baş naziri Sinqapurlu həmkarı ilə görüşdü – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin Baş naziri Benyamin Netanyahu və onun Sinqapurlu həmkarı Li Syan Lun tərəfindən Sinqapurda keçirilən görüş barədə məlimatı İnterpress.az \”NEWS.Ru\” -ya istinadən \”Reşet Bet\” radio stansiyasında verilən xəbəri paylaşır.
Bu İsrail Baş nazirinin tarixdə ilk dəfə baş tutan Sinqapura səfəri başlayıb. Onun məqsədi bu iki ölkə arasında iqtisadi əlaqələrin nikişaf etdirilməsidir
Bundan əlavə, İsrail hökumətinin başçısı Benyamin Netanyahu Sinqapur Prezidenti Toni Tanin ilə də görüşüb. Görüşdə hər iki ölkə arasında birbaşa hava xəttinin açılması imkanlarını müzakirə ediblər.

Netanyahunun Sinqapura səfəri həmkarının İsraildə keçirilən görüşündən sonra baş tutub. Belə ki, bu adalar hakimiyyətinin Baş nazirinin İsrailə olan ilk səfərindən bir il sonra İsrail Baş nazirinin onunla təkrar görüşü Sinqapurda keçirilib. İsrailə səfəri zamanı Li Syan Lun kiber təhlükəsizlik, müdafiə, iqtisadiyyat və ticarət üzrə əməkdaşlıq mövzuları barədə Benyamin Netanyahu ilə müzakirələri olunub. Singapur Baş naziri İsrailə səfəri zamanı yüksək texnologiyalı sənaye liderləri ilə də görüşüb və İvrit Universiteti və üç Sinqapur universitetləri arasında əməkdaşlıq müqavilələrinin imzalanması mərasimində də iştirak etmişdi.

Sinqapur və Avstraliyaya səfəri zamanı Baş nazir Benyamin Netanyahunu müşayət edən jurnalistlər, nümayəndə heyətinin baş mənbəsinin sözlərini əsas tutaraq bildiriblər ki, İsrail Yaxın Şərqlə münaqişə mənbəyi olan qəsəbələrdə tikinti işlərinin dayandırılması üzrə Donald Trampın təklifləri ilə razılığa gəlmədiyini bildirib. Mənbənin bildirdiyinə görə razılıq mexanizminin detalları Benyamin Netanyahunun Sinqapur və Avstraliya səfərini başa vurub İsrailə qayıtdıqdan sonra tərtib ediləcək. Onun sözlərinə görə, hökumətin Amon xalqı üçün yeni salınmış məhəlləni yaratmaq üçün bu günə qədər verdiyi sözü yerinə yetirəcəyi məlum deyil. Öz növbəsində, (Bayt Yəhudi) üzvü olan deputat Kinsent Beçalel Smotriç \”Reşt Bet\”radiosuna müsahibəsində bildirib ki, onun partiyası \”hökumət adından verilən vədlərin yerinə yetirilməsində Baş nazirə yardımçı olacaqlar\”.

Mənbə onu da bildirib ki, gündəmdə ərəb ölkələri ilə əlaqələrin möhkəmləndirilməsi üçün çox cəhdlər də var. Lakin səfərdən öncə \”Harets\”qəzetində dərc olunan məlumatda Binyamin Netanyahunun keçmiş dövlət katibi Con Kerry və Misir prezidenti Abd Al-Fattah arasında məcburi görüşun keçiriləcəyi barədə məlumat barədə ətraflı şəhr verməkdən imtina edib.

İsrailin Baş naziri Sinqapurlu həmkarı ilə görüşdü - FOTO

İsrailin Baş naziri Sinqapurlu həmkarı ilə görüşdü - FOTO

İsrailin Baş naziri Sinqapurlu həmkarı ilə görüşdü - FOTO

İnterpress.az