İnterpress.az-ın məlumatına görə, qardaşı Osman Küçükün yaşadığı, Cem Küçükə aid olan ev İstanbulun Güngören rayonunda yerləşir. Məlumata əsasən, evə 4 güllə dəysə də hadisə nəticəsində yaralanan olmayıb. Hadisə yerinə polislər cəlb olunub.
Mətbuata açıqlama verən Cem Küçük deyib: “Saat 19:00-da televiziyada idm. Reklam arasında qardaşımın həyat yoldaşı zəng etdi, evə atəş açıldığını, evdə güllə izləri qaldığını dedi. Polislər hadisəni terror kimi dəyərləndirir. Bu, təsadüf deyil, əvvəlcədən planlanmış hadisədir. Ev mənim olsa da, orada qardaşım yaşayır”.
İnterpress.az