67 yaşlı Şuşa sakini: “Şuşadan qayıtmaq istəmirəm”backend

67 yaşlı Şuşa sakini: “Şuşadan qayıtmaq istəmirəm”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“28 ildir Şuşadan getmişik, amma Şuşasız yaşamaq bizə o qədər çətin olub ki, sözlə ifadə edə bilmirəm. Şükürlər olsun ki, biz artıq məcburi köçkün deyilik. Şükürlər olsun ki, biz artıq doğma Şuşamızdayıq. Nə qədər möcüzəli görünsə də, biz burdayıq, qayıtmışıq”.

Bunu “Report”a açıqlamasında Şuşanı ziyarət edən şəhər sakini, 67 yaşlı Gülbəsti Bədrixanova deyib.

“Biz bu gün Ali Baş Komandanımızın, qüdrətli ordumuzun sayəsində Şuşaya qayıtmışıq. Bu gün o qədər sevinc göz yaşları axıtmşam ki… Heç inana bilmirəm ki, mən Şuşaya qovuşmuşam. Elə bilirəm ki, hamısı yuxudur. Balalarıma elə deyirdim ki, Şuşanı görməmiş ölmək istəmirəm”, – o bildirib.

38 yaşında şəhərdən çıxdığını deyən keçmiş məcburi köçkün buradan qayıtmaq istəmədiyini vurğulayıb:

“Şuşadan qayıtmaq istəmirəm, dua edirəm ki, maşın xarab olsun burada qalaq. Cıdır düzündən götürdüyüm torpağı dünyasını dəyişən ailə üzvlərimizin, qohumlarımızın məzarı üzərinə səpəcəm”.