75 yaşlı qadının nadir əməliyyatla görmə qabiliyyəti BƏRPA EDİLDİ – FOTObackend

75 yaşlı qadının nadir əməliyyatla görmə qabiliyyəti BƏRPA EDİLDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanadada 75 yaşlı qadına nadir əməliyyatla dişindən göz implantı qoyulub.

İnterpress.az xəbər verir ki, Kanadada 75 yaşlı Qeyl Leyn nadir cərrahi əməliyyat nəticəsində görmə qabiliyyətini bərpa edib.

O, illər əvvəl buynuz qişasında yaranan çapıqlar səbəbindən görmə qabiliyyətini itirmişdi.

“Diş-göz” (osteo-odonto keratoprosthesis) adlanan əməliyyat belə həyata keçirilib:

  • Həkim onun öz dişini çıxarıb;

  • Dişi yanaq nahiyəsinə yerləşdirərək bir neçə ay toxuma ilə örtülməsini gözləyib;

  • Dişdə deşik açaraq içinə kiçik linza yerləşdirib;

  • Alınan implantı gözüne köçürərək buynuz qişanı əvəz edib.

Əməliyyatdan sonra qadının görmə qabiliyyəti mərhələli şəkildə bərpa olunub: əvvəlcə işığı, sonra hərəkətləri, ardınca isə əşyaların konturlarını və rəngləri görməyə başlayıb.

Bir neçə ay sonra Leyn həyat yoldaşının üzünü ilk dəfə görə bilib.

Xuraman Etibarlı

İnterpress.az