83 yaşında ata olurbackend

83 yaşında ata olur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hollivud ulduzu Al Paçino 83 yaşında dördüncü dəfə ata olacağını açıqlayıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Məşhur aktyorun 29 yaşlı sevgilisi Nur Əlfallah 8 aylıq hamilədir.

Kino tarixinin ən önəmli aktyorlarından biri, “Ata”, “Scarface” və “Şeytanın vəkili” kimi Hollivud kult filmlərinin aktyoru Al Paçinonun dördüncü dəfə ata olacağı açıqlanıb.

Körpənin cinsiyyəti hələ açıqlanmayıb. Al Paçinonun 33 yaşlı qızı Culi və 22 yaşlı əkizləri Oliviya və Anton adlı üç övladı var.