Arıqlamaq istəyənlər üçün CƏFƏRİ QARIŞIMI: orqanizmi toksinlərdən təmizləyirbackend

Arıqlamaq istəyənlər üçün CƏFƏRİ QARIŞIMI: orqanizmi toksinlərdən təmizləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Ailem.az-a istinadən sizə arıqlamağın sirri kimi təqdim olunan cəfərili qarışımı diqqətinizə çatdırır.

Cəfəri tərkibindəki birləşmələr sayəsində arıqlamaq üçün ən təsirli vasitələrdən biridir. Antioksidant və fitokimyəvi xüsusiyyətləri sayəsində orqanizmi toksinlərdən təmizləyir, həddindən çox iştah və şirniyyat istəyini kəsərək formanı qorumağa kömək edir.

Bununla yanaşı cəfəri və limon birlikdə istifadə olunduqda çəki itirmə daha qalıcı olur. Çünki limon da içərisindəki vitamin və minerallar sayəsində tam bir sidik qovucudur. Həzm sisteminin mütəmadi işləməsini təmin edir və şişliyi aradan qaldırır.

Cəfəri qarışımı üçün lazım olanlar:

1 dəstə cəfəri

1 stəkan otaq temperaturunda olan su

Yarım limonun suyu

Hazırlanması:

Cəfərini yaxşıca yuduqdan sonra mətbəx robotuna qoyun və limon suyunu əlavə edin. Cəfərilər xırda parçalar halına gəldikdə üzərinə suyu tökün. Bir az daha qarışdıraraq yeməklərdən əvvəl için.

İnterpress.az