BMT miqrantlarla bağlı statistikanı açıqladıbackend

BMT miqrantlarla bağlı statistikanı açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə BMT-nin iqtisadi və sosial məsələlər üzrə departamentinin məruzəsində deyilir.

Hesablamalara əsasən, 2000-ci illə müqayisədə dünyada miqrantların sayı 49% artıb, onlardan 26 milyonu qaçqınlardır. Hazırda ən çox miqrant ABŞ-da yaşayır – 49,8 milyon nəfər. Səudiyyə Ərəbistanında, Almaniyada və Rusiyada bu rəqəm 12 milyon, Böyük Britaniyada – 9 milyon təşkil edir.

Ölkələrini tərk edənlərin sayına görə Hindistan liderlik edir – 17 milyon. İkinci yerdə Meksika qərarlaşıb, bu ölkəni13 milyon insan tərk edib. Rusiya, Çin, Banqladeş, Suriya, Pakistan və Ukraynadan 6 milyondan 11 milyonadək insan köç edib.

İnterpress.az