“Lotu Quli” beynəlxalq axtarışa verildi – YENİLƏNİBbackend

“Lotu Quli” beynəlxalq axtarışa verildi – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Lotu Quli” kimi tanınan Nadir Səlifov Moskvanın Presnenski məhkəməsinin qərarı ilə qiyabi həbs olunub və barəsində beynəlxalq axtarış elan olunub. O, Moskvada adam oğurluğu və hədə-qorxu ilə insanlardan pul almaqda təqsirli bilinir.

Qeyd olunur ki, o, qiyabi olaraq Rusiya Federasiyası Cinayət Məcəlləsinin 126 və 163-cü maddələri ilə ittiham olunur.

“İstintaq materiallarına 210-cu maddə (cinayət təşkilatının yaradılması) da əlavə olunacaq”, – deyə mənbə bildirib.

Bundan əvvəl bu ilin yayında Səlifova yaxınlığı bildirilən Rəşad Gəncinski (Rəşad İsmayılov) axtarışa verilib. Həmin vaxtdan sonra Rəşad Rusiyadan qaçıb. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, bütün işlərin arxasında Nadir Səlifov dayanır.

Nadir Səlifov 2017-ci ilin sonlarında həbsdən çıxdıqdan sonra Türkiyədə şəxsi klanını yaradıb. Bu klana Rəşad İsmayılov, Aleksandr Kuşnerov (Kuşner), Merab Pipiya, Merabi Mzarelua (Duyake), Roland Gegeçkori (Roland Şlyapa) daxil edilib.

Agentliyin məlumatına görə, Səlifov faktiki özünü \”bosslar bossu\” adlandırıb.

\”Lotu Quli\” hər həftə Rusiya regionlarından olan qanuni oğrularla görüşür və onların \”tac\” mərasiminin vaxtını müəyyənləşdirir. Nadir Səlifov hər gün Rusiyanın müxtəlif sistemlərinə zəng vuraraq, təyin etdiyi adamların taleyi ilə maraqlanır. Onun adamları son vaxtlar Sankt-Peterburqda, Uralda, Samara və Saratov vilayətlərində görünməyə başlayıb. Qulinin fəallığı göz qabağındadır. Bir çox mafiya başçıları onunla görüşə can atır. Səlifov özü tezliklə Rusiyaya qayıtması istiqamətində danışıqlar aparır. \”1 nömrəli qanunu oğru\” Rusiyada yerləşməlidir. İndi Quli artıq bu imkandan məhrum olub\”. – agentliyin məlumatında belə deyilir.

Məlumatda o da qeyd olunur ki, Səlifovun fəallığı kommersiya obyektlərinə də şamil olunur.

\”Türkiyədə qətlə yetirilmiş Rövşən Lənkəranskinin (Rövşən Canıyev) nəzarətində olan obyektlərər də müdaxilə etdiyi deyilir. Ehtimallara görə, Rövşənin qətlində də onun əli var. Rövşənin yerini onun qohumu Zaur Əhmədov bilirdi. Sankt-Peterburqda qətlin hazırlanmasında iştirak edənlərdən biri – Zaurun doğma qardaşı Emin həbs olunmuşdu. Türkiyədə isə Qulinin kotecinə hücum hazırlayan Rövşən Lənkəranskinin qardaşı həbs olundu. Zaur özü isə hazırda firmaların birində işləyir\”. – məlumatda qeyd olunur.

Rosbalt-ın məlumatına görə, \”Lotu Quli\”nin Türkiyə hüquq-mühafizə orqanları tərəfindən tutularaq Rusiyaya təhvil verilməsi realdır. Çünki iki ölkə arasında əməkdaşlıq genişlənib. Yerli orqanların ondan \”yaxa qurtarması\” həqiqi görünür.

***

İnterpress.az xəbər verir ki, APA-nın \”Rosbalt” agentliyinə istinadən məlumatına xəbərə görə, N.Səlifov adam oğurluğu və hədə-qorxu ilə başqasından pul almaqda təqsirli bilinir.

İstintaqın versiyasına əsasən, N.Səlifov Moskvada insanların oğurlanması və onlardan pul alınması üçün əmr verib. O, qiyabi olaraq Rusiya Federasiyası Cinayət Məcəlləsinin 126 və 163-cü maddələri ilə ittiham olunur.

Bildirilir ki, istintaq materiallarına Cinayət Məcəlləsinin 210-u (\”cinayət təşkilatının yaradılması”) maddəsi də əlavə oluna bilər. Hazırda N.Səlifovun Türkiyədə yaşadığı bildirilir.

İnterpress.az