Mənbənin verdiyi məlumata görə, hazırda Kiyevdə müntəzəm aksiyalar keçirən keçmiş Gürcüstan prezidenti və Odessa şəhər meri Mixail Saakaşvilinin əsas sponsorarıdan biri də azərbaycanlı iş adamıdır.
İnterpress.az xəbər verir ki, bir qədər əvvəl Saakaşvlinin keçirdiyi aksiyalara sponsorluq edənlər arasında Odessa biznesmenləri Aleksandr Qranovski və Boris Kaufmanın adı çəkilirdi. Onların keçmiş prezident və merə milyonlarla dollar pul ayırdığı bildirilirdi.
Bizdə olan və etibarlığına şübhə etmədiyimiz mənbənin dediyinə görə, Saakaşvilinin sponsorları arasında azərbaycanlı iş adamı Oqtay Ziya oğlu Əfəndiyev də var. Ukraynada və Avropada tikinti maqnatı kimi tanınan Əfəndiyev aksiyalara nə qədər pul ayırması ilə bağlı məlumatımız olmasa da, bu rəqəmin onmin dollarla ölçüldüyü bildirilir.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
İnterpress.az