Bu gün Əvəz Zeynallının məhkəməsi olacaqbackend

Bu gün Əvəz Zeynallının məhkəməsi olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə Report-a onun vəkili Elçin Sadıqov məlumat verib.

Vəkilin sözlərinə görə, ötən gün Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılan Ə.Zeynallıdan izahat alınıb: \”Əvəz Zeynallı çəkiliş aparan zaman Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və daha sonra ona qarşı İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə (polisin qanuni əmrinə tabe olmama) inzibati iş qaldırılıb. Bu gün Əvəz Zeynallı Binəqədi Rayon Məhkəməsinə aparılacaq, lakin hələlik məhkəmənin vaxtı açıqlanmayıb\”.

Qeyd edək ki, Ə.Zeynalı 2013-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum olunub. 2014-cü ilin dekabr ayında əfv sərəncamı ilə azadlığa buraxılıb.

İnterpress.az