İnterpress.az xəbər verir ki, Hacı Qalib Salahzadə “Ölkə.Az”-a açıqlamasında oğlunun həbsini “məmur sifarişi” adlandırıb:
“Əvvəldən bilirdim ki, məndən əvəz çıxmaq üçün oğlumu həbs edəcəklər. Buna görə də nə Ali Məhkəməyə, nə də Apellyasiya Məhkəməsinə şikayət etməyəcəm. Hər şeyi Allahın məsləhətinə buraxıram. Allah günahkarı gec-tez cəzalandıracaq. Dəqiq bilirəm ki, oğlumun heç bir günahı yoxdur, onu bəzi məmurlar həbs etdirib”.
Q.Salahzadə oğlunun cəzasının yüngülləşdirilməsi ilə bağlı qudası Allahşükür Paşazadədən də heç bir kömək istəmədiyini söyləyib:
“Oğluma lap 10 il iş versələr də, yenə Şeyxə ağız açmaram, ondan kömək istəmərəm. Bu, Şeyxlik məsələ deyil. Oğlumu mənə görə həbs ediblər”.
İnterpress.az