“Bunlar Ərdoğanın əcdadları və onların ərəblərlə keçmişidir”backend

“Bunlar Ərdoğanın əcdadları və onların ərəblərlə keçmişidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az yerli mətbuata istinadən xəbər verir ki, BƏƏ naziri Fəxrəddin Paşa adlı bir türk zabitinin cinayət törətdiyi, ərəblərdən pul aldığını iddia edib. Nazir tvitində “Bunlar Ərdoğanın əcdadları və onların ərəblərlə keçmişidir” yazıb.

Prezident Ərdoğanın sözçüsü İbrahim Kalın BƏƏ-dən olan nazirin bu tvitini utancverici adlandırıb.

“Birləşmiş Ərəb Əmirlikləri xarici işlər nazirinin türklərlə ərəbləri bir-birinə düşmən etməyi hədəfləyən bu təbliğat yalanını tvit etməsi utancvericidir . İngilislərin planlarına qarşı Mədinəni mərdliklə müdafiə edən Fəxrəddin Paşa olub. Nəyin bahasına olursa-olsun prezident Ərdoğana hücum etmək yeni dəbmi” deyə Kalın qeyd edib.

İnterpress.az