AFFA İntizam Komitəsi klubları cəzalandırdıbackend

AFFA İntizam Komitəsi klubları cəzalandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az report-a istinadən xəbər verir ki, buna Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşündə baş vermiş olaylar səbəb olub.

\”Neftçi\” – \”Zirə\” matçında qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnib. 90+4-cü dəqiqədə isə \”Zirə\”nin futbolçusu Yovan Krneta hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Nəticədə o, 4 oyunluq cəzaya, klubu 3200 manat cəriməyə məruz qalıb.

Bundan başqa \”Qarabağ\”la ev oyununun 90-cı dəqiqəsində \”Sumqayıt\” azarkeşləri pirotexniki vasitələrdən yararlanıblar. Bu addım kluba 800 manat cərimə bahasına başa gəlib.

İnterpress.az