ABŞ-da qadını onun iki iti parçalayıb, polis bildiribbackend

ABŞ-da qadını onun iki iti parçalayıb, polis bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Virginia ştatının sakini olan qadını onun iki iti didib-parçalayaraq, öldürüb.

Richmond-dan 48 km aralıda yeləşən kişik şəhərin polisi bildirib ki, hadisə ötən həftə 22 yaşlı Bethany Stephens öz iki iti ilə meşəlik ərazidə gəzişdiyi vaxt baş verib.

Goochland rayonunun şerifi Jim Agnew deyib ki, polis əməkdaşları itləri sahibələrinin cəsədini gəmirdikləri vaxt tutub.

İtləri aşkar etmiş dörd polis əməkdaşı əvvəlcə düşünüb ki, onlar heyvan leşini yeyir.

Lakin yoxlamalar təsdiqləyib ki, itlərin gəmirdiyi Bethany Stephens-in cəsədi olub.

Qadının dostları Bethany-nin, öz itləri tərəfindən ölüdürüldüyünə inana bilmir, çünki Bethany həmin itləri hələ küçük olduqları vaxtlarından böyüdüb, onlara baxıb.

Bethany-nin qatil tərəfindən öldürülməsi barədə şəhərdə dolaşan şayiələri kəsmək üçün, yerli polis, qadının cəsədi aşkar olunduqdan sonra, iki dəfə mətbuat konfransı keçirib.

\”İtlər, öldürdükləri qadının qabırğalarını yeyərkən aşkar olunub\”, – Jim Agnew mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, güman edilir ki, qadını boğazından və üzündən dişləyən itlər onu didərək yerə yıxıb, bundan sonra qadın huşunu itirib, itlər də onu parçalayaraq öldürüb.

Tonka və Pacman adlı itləri Stephens-in atası cümə günü, qızının yoxa çıxdığının səhərisi günü, meşəlikdə tapıb.

Rəsmilərin sözlərinə görə, ölmüş qadının başında aşkar olunmuş dişlək yerləri onun itlərinin dişinə uyğun gəlir və digər heyvanların, misal üçün, ayı dişinin izindən fərqlənir.

Sahibələrini parçalamış itlər polis tərəfindən öldürülüb.

İtlərin leşinin müayinə üçün yarılması nəzərdə tutulub. (bbc)

İnterpress.az