İnterpress.az xəbər verir ki, İranın XİN rəhbəri Məhəmməd Zərif \”İRNA\” agentliyinə ABŞ-ın İranı ittiham etdiyi raket məsələsinə görə açıqlama verib.
Zərif qeyd edib ki, ABŞ-ın ittihamları məqsədli şəkildə edilən təhlükəli hərəkətdir.
Zərif deyib: \”ABŞ əsassız şəkildə İranı günahlandırır. Məsələni BMT-yə çatdırdıq. BMT-nin baş katibi Antonio Quterresə dedik. ABŞ-ın ittihamları qızışdırıcı və təhlükəli bir aksiyadır. Vaşinqton günahsız yəmən xalqını bombalamağı dəstəkləyir və Qüds məsələsini ört-basdır etməklə bu ittihamları gündəmə gətirir\”.
İnterpress.az