İnterpress.az xəbər verir ki, bu barədə Bolqarıstanın müdafiə naziri Krasimir Karakaçanov məlumat verib.
Bolqarıstan 15 qırıcı təyyarənin bərpası ilə bağlı Rusiyaya aid “RSK MiG” şirkəti ilə razılaşma əldə edib. Lakin Ukraynanın “Ukroboronprom” şirkəti bu razılaşmaya qarşı çıxıb və Rəqabəti Qoruma Komissiyasına şikayət ərizəsi göndərib. Ukraynanın şikayəti təmin edilib.
K.Karakaçanov isə bildirib ki, razılşamanın ləğv edilməsi Bolqarıstanın hərbi aviasiyasını iflic edəcək.
İnterpress.az