İnterpress.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 20-də saat 21 radələrində Xətai rayonunun Zığ yolu küçəsində Bakı şəhər sakini Orxan Rəhimov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini İlqar Paşayevi vurub. Nəticədə piyada hadisə yerində ölüb.
Xətai RPİ tərəfindən araşdırma aparılır.
İnterpress.az