Fədayə Laçının apelyasiya şikayəti – Təmin olunmadıbackend

Fədayə Laçının apelyasiya şikayəti – Təmin olunmadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlumata görə, hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə F.Laçın iştirak edib.
Fədayə Laçının apelyasiya şikayəti təmin olunmayıb.

Qeyd edək ki, oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanılan cinayət işi üzrə F.Məmmədova təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə F.Laçın barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.F.Laçın istintaq dövründə azadlıqda qalması üçün Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdi. Məhkəmə müraciəti təmin etməyib. Qərardan narazı qalan F.Laçın apelyasiya şikayəti verib.

İnterpress.az