Ramil Usubovdan yeni təyinatlarbackend

Ramil Usubovdan yeni təyinatlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

APA-nın xəbərinə görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlərlə Daşkəsən rayon Polis Şöbəsinin rəisi Fəxrəddin Abbasov tutduğu vəzifədən azad edilərək Ağsu Rayon Polis Şöbəsinin (RPŞ) rəisi, Ağsu RPŞ-nin rəisi Eldar Paşayev isə tutduğu vəzifədən azad edilərək Ucar RPŞ-nin rəisi vəzifələrinə təyin ediliblər.

Qeyd edək ki, daxili işlər naziri Ramil Usubovun ötən gün imzaladığı müvafiq əmrlərlə Saatlı RPŞ-nin rəisi Cəbrayıl Vəliyev Salyan RPŞ-nə, Gəncə Şəhəri Kəpəz RPŞ-nin rəisi Azər Tağıyev isə Saatlı RPŞ-nə rəis təyin olunub.

İnterpress.az