İnterpress.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurası məlumat yayıb. Verilən məlumatda bildirilib ki, yanvarda başa çatacağı gözlənilən sanksiyaların müddəti 2018-ci ilin iyulun 31-dək uzadılıb.
Qeyd edək ki, Ukraynadakı münaqişə ilə əlaqədar 2014-cü ildə Rusiyaya qarşı tətbiq edilən və daha sonra genişləndirilən sanksiyalar heç bir dəyişiklik edilmədən yarım il müddətinə uzadılacaq.
İnterpress.az