“Qarabağ”-ın qış planlarıbackend

“Qarabağ”-ın qış planları

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, ağdamlılar yanvarın 9-da bir araya gələrək Türkiyəyə yollanacaq.

Antalyada baş tutacaq təlim-məşq toplanışı fevralın 4-nə kimi davam edəcək.

Komanda toplanış zamanı 6 yoxlama oyunu keçirməyi də planlaşdırır. Azərbaycan çempionunun artıq 3 rəqibi və bu oyunların keçiriləcəyi tarixlər bəllidir.

Qurban Qurbanovun komandası yanvarın 20-də Polşanın “Legiya”, yanvarın 25-də Ukraynanın “Mariopol”, fevralın 3-də isə Monteneqronun “Mladost” komandasıyla qarşılaşacaq.

Digər 3 rəqib haqda növbəti günlərdə məlumat veriləcək.

Qeyd edək ki, Rusiyanın “Şinnik” komandası da klub saytından Antalyadakı toplanış zamanı “Qarabağ”la qarşılaşacaqları ilə bağlı xəbər yaymışdı.

İnterpress.az