İnterpress.az xəbər verir ki, o, Kataloniyada referendumun keçirilməsinə kömək etdiyi üçün bu siyahıya düşüb.
Xatırladaq ki, 46 yaşlı mütəxəssis bu ilin 11 iyununda Kataloniyanın müstəqilliyi haqqında katalon xalqının referendum keçirmə haqqını dəstəkləyən manifesti oxuyub.
Qeyd edək ki, P.Qvardiola Kataloniyanın müstəqilliyini tələb etdiyi üçün həbs edilən Jordi Sançes və Jordi Kuişartaya dəstək üçün Çempionlar Liqasının 5-ci turunda “Feyenoord”la keçiriləcək oyun öncəsi mətbuat konfransında geyindiyi idman paltarına sarı lent taxmışdı. (qol.az)
İnterpress.az