Bakı-Naxçıvan aviareysi təxirə salınıbbackend

Bakı-Naxçıvan aviareysi təxirə salınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-dən (AZAL) məlumat verib.

“AZAL aviaşirkətinin bu gün səhər saat 08:12-də Bakıdan Naxçıvana uçan J2 251 reysi Naxçıvan Hava Limanında hava şəraitinin kəskin pisləşməsi (duman və məhdud görüntü) ilə əlaqədar olaraq Heydər Əliyev Hava Limanına qayıdıb”, – deyə məlumatda bildirilir.

Məlumata görə, reyslərin qəbulunun mümkünlüyü haqqında təyinat aeroportundan müvafiq təsdiq alındıqdan sonra reys yenidən yola düşəcək.

İnterpress.az