İnterpress.az xəbər verir ki, bu sözləri xalq artisti Yalçın Rzazadə \”Şou məkan\” verilişində deyib.
O bildirib ki, idmanla məşğul olmadıqdan sonra səhhətində problemlər yaranıb:
“Hər bir peşəkar idmançı gərək ömrünün sonuna qədər idmanı davam etdirsin. Ancaq idmanla məşğul olmaqdan imtina edəndə ürək öz fəaliyyətini itirir. Həmin dəqiqə kökəlmə başlayır. Adi bir universitetin pilləkənlərini qalxıb düşənədək, yaxud şəhərdə harasa çıxanda hamı şəkil çəkdirmək istəyir, avtoqraf alır. Sənət adamının xoşbəxt tərəfi odur ki, xalqın ona məhəbbəti böyükdür. Mənə deyəndə ki, siz şəxsiyyətsiz, o zaman başıma sanki böyük bir tac qoyurlar. Şəxsiyyəti qoruyub saxlamaq çox çətindir. Ona görə də, çalışıram ki, şəxsiyyətimlə hər zaman xalqımın gözündə olum”.
Rzazadə onun mahnılarına müraciət edən müğənnilərin həmin ifaları oxumaqda çətinlik çəkdiyinə söyləyib:
“Məktəb oxumadan musiqi ilə məşğul olmaq çətindir. İnternetdən hazır mahnını götürüb oxumaq asandır, o başqa. Biri də var bəstəkarla not-not məşq edirsən. O mahnı sənin öz ürəyinin mahnısı olur. Adlarını çəkməyəcəm, məşhur müğənnilər var ki, zəng edirdilər mənə. Nəhayət, universitetdə görüşdük. Oxuduğum mahnıların bəzilərinin icazəsini aldılar. Sözlərinə filan düzəliş etdim. Sonra soruşdular ki, biz “Dədə Qorqud”a qulaq asanda deyirik ki, nə var onu oxumağa, ancaq oxumağa başlayanda görürük mümkün deyil.
Oxuyur ki, dağlara qar düşər, hələ mən “yan-aram, yan-aram”, yadıma yar düşər, həsrətdən “don-aram, don-aram”. Mən deyirəm ki, ay balam, sən kiminləsə danışanda deyirsən ki, “yan-aram”, yoxsa “yanaram?” Cavab verir ki, “yanaram”. Bəs, deyirəm, niyə “yan-aram” oxuyursan? Sonra oxuyurlar, gəl məni qurtar hicranın əlindən. Hicran ayrılıqdır. Gəl məni qurtar bu zülmün əlindən isə, misalçün, insanın dərisinin soyulması ola bilər. Belə şeylər çox olur”.
İnterpress.az