İnterpress.az xarici mediaya istinadən xəbər verir ki, Rusiyanın Suriya üzrə xüsusi təmsilçisi Lavrentyev PKK-nın Suriya qolu olan PYD-nin konqresdə iştirak etməyəcəyini açıqlayıb.
Rusiya xarici işlər naziri Sergey Lavrov isə dünən konqres iştirakçıları məsələsini Türkiyə və İranla müzakirə edəcəklərini demişdi.
Qeyd edək ki, Soçi görüşləri Suriyada müharibənin yekunlaşması və həll yolunun tapılması məqsədilə keçirilir və növbəti zirvənin həlledici olması gözlənilir.
İnterpress.az