“Əməliyyat olunmalıyam”backend

“Əməliyyat olunmalıyam”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lent.az-ın məlumatına görə, xalq artisti “Şou məkan”a açıqlamasında bildirib ki, əməliyyat olunmalıdır: “Düzü, çox yaxşı deyiləm. Bədbin ruhda danışmağı xoşlamıram. Əməliyyat olunmalıyam, ancaq hələlik etmirlər. Anesteziya olmalıdır, qan təzyiqi yüksəkdir, ürəyimdə problem var. Əvvəl bütöv günü işləyirdim, ancaq indi işləyə bilmirəm. Özümə vaxtım yoxdur”.

O bildirib ki, idmanla məşğul olmadığına görə səhhətində problemlər yaranıb: “Hər bir peşəkar idmançı gərək ömrünün sonuna qədər idmanı davam etdirsin. Ancaq idmanla məşğul olmaqdan imtina edəndə ürək öz fəaliyyətini itirir. Həmin dəqiqə kökəlmə başlayır. Adi bir universitetin pilləkənlərini qalxıb düşənədək, yaxud şəhərdə harasa çıxanda hamı şəkil çəkdirmək istəyir, avtoqraf alır. Sənət adamının xoşbəxt tərəfi odur ki, xalqın ona məhəbbəti böyükdür. Mənə deyəndə ki, siz şəxsiyyətsiz, o zaman başıma sanki böyük bir tac qoyurlar. Şəxsiyyəti qoruyub saxlamaq çox çətindir. Ona görə də çalışıram ki, şəxsiyyətimlə hər zaman xalqımın gözündə olum”.

İnterpress.az