Birobican sakini qadını boğaraq öldürüb, meyitini hissələrə ayırıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Məlumata görə, Rusiya Federasiyasının Birobican şəhərində yaşayan kişi qadını boğaraq öldürüb və daha sonra onun meyitini hissələrə ayıraraq şəhərin müxtəlif yerlərində gizlədib.
İstintaqın ilkin versiyasına əsasən, hadisədən əvvəl şübhəli şəxsin mənzilində spirtli içki qəbul edən tərəflər arasında münaqişə yaranıb.
Polis əməkdaşları şübhəli şəxsi saxlayıb.
Onun 15 ilədək müddətə azadlıqdan məhrum edilə biləcəyi bildirilir.
47 yaşlı mərhumun üç uşağı qalıb.

Xuraman Etibarlı
İnterpress.az






