Android üçün yazılan mətnə görə cəzanı göstərən klaviatura HAZIRLANDI – FOTObackend

Android üçün yazılan mətnə görə cəzanı göstərən klaviatura HAZIRLANDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Android üçün “Şərik” klaviaturası istifadəyə verilib.

İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Android cihazları üçün hazırlanmış “Şərik” adlı klaviatura istifadəçiyə internetdə yazdığı mətnə görə hansı cəza və ya cərimənin tətbiq oluna biləcəyini yazı zamanı göstərir.

Bununla istifadəçi paylaşdığı şərhin qanunvericilikdə məsuliyyət yarada biləcəyini əvvəlcədən öyrənə bilər.

Tətbiqdə istifadə olunan süni intellekt modeli internet bağlantısı olmadan birbaşa smartfonda işləyir.

Sistem Qwen3.5-0.8B modeli və llama.cpp vasitəsilə fəaliyyət göstərir, buna görə yazılan mətn cihazdan kənara göndərilmir.

Əvvəlcə xüsusi triqqer lüğəti mətndə mümkün hüquq pozuntuları ilə bağlı maddələri müəyyənləşdirir.

Daha sonra süni intellekt həmin mətndə cinayət tərkibinin olub-olmadığını qiymətləndirir.

Xuraman Etibarlı

İnterpress.az