İstanbulda 8 il ərzində axtarışda olan şəxs qadın paltarında saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, oğurluq ittihamı ilə 3 il müddətinə azadlıqdan məhrum edilən və 8 ildir axtarışda olan Türkiyə vətəndaşı İstanbulda saxlanılıb.
Şəxsin polis əməkdaşlarından gizlənmək üçün qadın paltarı geyindiyi müəyyən edilib.
Araşdırma zamanı onun saxlanılmamaq üçün bacısının şəxsiyyət vəsiqəsindən istifadə etdiyi də məlum olub.

Xuraman Etibarlı
İnterpress.az






