“Azəriqaz”dan qaz limiti ilə bağlı – AÇIQLAMAbackend

“Azəriqaz”dan qaz limiti ilə bağlı – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu, “Azəriqaz” İstehsalat Birliyinin yaydığı məlumatda qeyd olunub.
Bildirilib ki, smart İTRON məişət qaz sayğaclarından istifadə edən əhali istehlakçıları üzrə 1 700 kubmetr limit gələn il yanvarın 1-i tarixindən başlayaraq, smartkarta aparılan ilk ödəniş əməliyyatından etibarən hesablanacaq: “Cari il ərzində abunəçilərin istehlak etdikləri təbii qazın monitorinqi aparılıb və məlum olub ki, mexaniki qaz sayğacı ilə təmin olunan abunəçilərin 20%-i ayrılmış illik limiti keçib”.

“Azəriqaz” İB istifadə olunmuş təbii qazın uçotunun aparılması və istehlakçıların məlumatlandırılması məqsədilə bildirir ki, dekabr ayının sonundan etibarən 2017-ci il üçün nəzərdə tutulmuş limit başa çatdırılacaq və növbəti il üçün limitin hesablanmasına start veriləcək.

Odur ki, hesabatların vaxtında aparılması məqsədilə, sayğacların göstəricilərinin tam oxunması və bildirişlərin paylanması üçün “Azəriqaz” İB-nin əməkdaşlarına şərait yaradılması istehlakçılardan xahiş olunur.

İnterpress.az