11 idmançıya ömürlük qadağa: dopinqə görəbackend

11 idmançıya ömürlük qadağa: dopinqə görə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, BOK-un 22 dekabr bəyanatında deyilir ki, xizəksürənlər İvan Skobrev və Artyom Kuznetsov; kirşəçilər Tatyana İvanova və Albert Demçenko; sərbəst və düzənlik xizəkçiləri Nikita Kryukov, Aleksandr Bessmertnıx və Natalya Matveyeva; bobsleyçilər Lyudmila Udobkina və Maksim Belugin; xokkeyçilər Tatyana Burina və Anna Şukina iştirak etdikləri idman yarışlarından diskvalifikasiya olunublar.

Bu isə o deməkdir ki, bu idmançılar medallarından məhrum ediliblər və onların gələcək Olimpiya yarışlarında iştirakı qadağan olunub.

BOK-un İntizam Komissiyası bildirib ki, ümumilikdə 11 Rusiya idmançısı Olimpiadalar və onlarla bağlı hər hansı turnirlər üçün bütün gələcək akkreditasiyalardan məhrum edilirlər.

İnterpress.az