Bakıda beynəlxalq simpozium keçirilir – FOTObackend

Bakıda beynəlxalq simpozium keçirilir – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Simpozium “Yeni Çağ” Media Qrupu, Azərbaycan -Türkiyə Evi və Türkiyə Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi tərəfindən təşkil olunub.

Simpoziuma Rusiya, Türkiyə, Qazaxıstan, Gürcüstan və Azərbaycandan olan tanınmış ekspertlər, telejurnalistlər, siyasi və ictimai xadimlər qatılıblar.

Bakıda beynəlxalq simpozium keçirilir - FOTO

Onların sırasında Rusiyadan tanınmış analitik Maksim Şevçenko, Orxan Camal, Türkiyədən Ülke TV-nin rəhbəri Həsən Öztürk, Qazaxıstanın sabiq millət vəkili və ictimai xadimi Murat Abenov və digər nüfuzlu qonaqlar var.
Azərbaycan Dövlət himninin səsləndirilməsi ilə öz işinə başlayan simpoziumun açılış hissəsində Azərbaycan-Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlı, “Yeni Çağ” Media Qrupunun direktoru Aqil Ələsgər, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, Türkiyə Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin sədri Hüseyin Büyükfırat, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, millət vəkili Qüdrət Həsənquliyev çıxış ediblər.

Bakıda beynəlxalq simpozium keçirilir - FOTO

Bakıda beynəlxalq simpozium keçirilir - FOTO

Bakıda beynəlxalq simpozium keçirilir - FOTO

Bakıda beynəlxalq simpozium keçirilir - FOTO

Simpozium davam edir.

İnterpress.az