Yağış, qar yağacaq, duman gələcəkbackend

Yağış, qar yağacaq, duman gələcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazirlikdən İnterpress.az-a verilən məlumatda bildirilir ki, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Arabir zəif duman olacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 4-7, gündüz 8-11, Bakıda gecə 4-6, gündüz 8-10 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 0-5, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti olacağı gözlənilir.

İnterpress.az