FHN-dən İnterpress.az-a verilən məlumata görə, yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 15 m2 sahədə və dəhlizdə quraşdırılmış 1 ədəd kondisioner əriyib.
Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənərək yanğınsöndürənlər tərəfindən qonşu mənzildən çıxarılıb, aidiyyəti üzrə təhvil verilib, 6 nəfər bina sakini isə təxliyə olunub.
Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
İnterpress.az